Almaniya Omanı çətinliklə məğlub etdi

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq çərçivəsində Almaniya yığması Omanla yoldaşlıq görüşü keçirib.

Sportline.az xəbər verir ki, görüş Almaniyanın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

80-ci dəqiqədə Niklas Fyullkrug Kay Havertsin ötürməsini qola çevirib.

Almaniya yığması dünya çempionatı çərçivəsində növbəti oyununu noyabrın 23-də Yaponiya millisi ilə keçirəcək.