Amerika kubokunda daha bir yarımfinalçı məlumdur

ABŞ-də təşkil olunan Amerika Kubokunda daha bir yarımfinalçı müəyyənləşib.

Sportline.az xəbər verir ki, 1/4 finalda Venesuela millisi turnirin debütantı Kanada ilə qarşılaşıb.

Görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

Penaltilər seriyasında Kanada millisi qələbə qazanıb - 4:3. Beləliklə, Kanada yarımfinalda Argentinaya rəqib olub.

Qarşılaşma iyulun 9-da keçiriləcək.