Ançelotti Maldiniyə görə əsəbləşdi: "Tarixə hörmətsizlikdir"

Karlo Ançelotti Paolo Maldininin qovulmasını "Milan"ın ənənələrinə hörmətsizlik adlandırıb.

Sportline.az xəbər verir ki, bundan əvvəl Paolo Maldini və Frederik Massara amerikalı sahibi ilə fikir ayrılığına görə "Milan"ın direktorluq vəzifəsini tərk etmişdilər .

“Real Madrid”də başa düşdüm ki, klubun tarixinə hər zaman  hörmətlə yanaşmaq lazımdır. Di Stefano, Amansio, Gento, Puşkas - hamısı hələ də əfsanələrdir, onlara hörmət edirlər. Tarixi ən yüksək səviyyədə yazmaq üçün keçmişin yaddaşını saxlamaq lazımdır. Maldininin başına gələnlər Milanın tarixinə və ənənələrinə hörmət mədəniyyətinin olmadığını göstərir . Tarix qalib gəlmir, amma bu da həqiqətdir ki, tarix bizə qalib gəlməyi öyrədir.