Ançelotti milli ilə razılaşıb
Karlo Ançelotti ilə Braziliya Futbol Federasiyası arasında 2023-cü ilin fevralında razılaşma əldə olunub.
Sportline.az O Globo nəşrinə istinadla xəbər verir ki, "Real"ın çalışdırıcısının Braziliya millisinin sükanı arxasına keçəcəyi tarixi yalnız dəqiqləşdirmək qalır.
Təcrübəli mütəxəssisin bu postda fəaliyyətə gələn ilin ortalarında başlayacağı gözlənilir.
BFA-nın prezidenti Ednaldo Rodrigeslə Ançelottinin son bir neçə ayda bu məsələ ilə bağlı 6 dəfə təkbətək görüşdüyü və bu ilin sonunda razılaşma ilə bağlı açıqlama veriləcəyi bildirilir.