Ançelotti Qvardiola haqqında danışıb

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının pley-off mərhələsindəki oyun öncəsi "Mançester Siti"nin ispaniyalı baş məşqçisi Xose Qvardiola haqda danışıb.

Sportline.az xəbər verir ki, Ançelotti Qvardiolanı qarşısında görməkdən bezdiyini deyib:

“Qvardiolanı qarşımda görməkdən yorulmuşam. Mən hələ də onun fantastik məşqçi olduğunu düşünürəm, amma ona qarşı oynamaqdan bezmişəm. Bununla belə, onu izləmək həmişə xoşdur”.

Qeyd edək ki, "Real" - "Mançester Siti" matçı gecə yarısı başlanacaq. 

İlk oyun 3-2 hesabı ilə madridlilərin xeyrinə nəticələnib.