Ançelotti "Real"dan ayrılır?

"Real Madrid"in italiyalı baş məşqçisi Karlo Ançelotti mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, bu haqda " Ge Globo" nəşri məlumat yayıb.

Brazilya Futbol Federasiyası Ançelottini milliyə baş məşqçi təyin etmək niyyətindədir.

Qeyd edək ki, 65 yaşlı mütəxəsisin "Real Madrid"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.