Antalya Qran-prisində ilk medal

Cüdo üzrə seçmə komandamız Türkiyənin Antalya şəhərində Qran-pri turnirində qüvvəsini sınayır.

Sportline.az xəbər verir ki, komandamız ilk medalı hesabına yazıdırıb. 52 kq çəki dərəcəsində mübarziə aparan Gültac Məmmədəliyeva bürünc medal uğrunda mübarizədə Braziliya təmsilçisi Sarah Menezeşi məğlub edərək fəxri küsrünün üçüncü pilləsinə yüksəlib.

Qeyd edək ki, Antalya “Qran-Prisi”ndə 75 ölkədən 485 cüdoçu mübarizə aparır. Beynəlxalq turnirə aprelin 7-də yekun vurulacaq.