Antalyada 10-cu gün

“Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirir. 

SportLine.az klubun saytına istinadən xəbər verir ki, “Qırmızı-qaralar” Antalyada keçirilən təlim-məşq toplanışının 10-cu gününü başa vurublar. 

Komanda günü iki məşqlə tamamlayıb. Futbolçular günün ilk yarısında fitnes zalında çalışıblar. Onlar iki qrupa bölünərək fiziki hazırlıq təmrinlərini yerinə yetiriblər. 

Axşam məşqində “qırmızı-qaralar” toplu çalışmalara üstünlük veriblər. Roman Qriqorçukun yetirmələrinin məşq prosesi ikitərəfli oyunla yekunlaşıb.