Antalyada 11-ci gün

“Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirir.

SportLine.az klubun saytına istinadən xəbər verir ki, komanda Antalyada keçirilən təlim-məşq toplanışının 11-ci gününü başa vurub. “Qırmızı-qaralar” günü bir məşqlə tamamlayıblar. Roman Qriqorçukun futbolçuları günün ikinci yarısına təsadüf edən hazırlıq prosesini meydançada gerçəkləşdiriblər. Futbolçular iki qrupa bölünüb və toplu çalışmaları yerinə yetiriblər.