Antalyada 3 medal

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna start verilib.

SportLine.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandasının 3 üzvü medal qazanıb. Kamran Süleymanov (55 kq) və Nahid İsmayılov (66 kq) gümüş, Şükran Zamanlı (55 kq) bürünc medala sahib olub.

Qeyd edək ki, Antalya turnirində 16 ölkədən 495 yeniyetmə cüdoçu mübarizə aparır.

Azərbaycan Cüdo Federasiyasının məlumatı