Antonio Konte "Fənərbağça"nın futbolçusunu istəyir

"Napoli"nin yeni baş məşqçisi Antonio Konte "Fənərbağça"nın niderlandlı futbolçusunu heyətdə görmək istəyir.

Sportline.az Ntvspor.net-ə istinaldla xəbər verir ki, 3-lü müdafiə sisteminə üstünlük verən italiyalı mütəxəssisi Ceydon Ostervoldenin transfer edilməsini istəyib.

Xəbərdə, "Napoli"nin yaxın günlərdə oyunçu üçün Türkiyə klubuna 15 milyon avroluq rəsmi təklif göndərəcəyi deyilir.

Qeyd edək ki, 2022-ci ildə "Parma"dan "Fənərbağça"ya 6 milyon avro qarşılığında keçən Ostervolde bu mövsüm çıxdığı  43 oyunda 2 qolla yadda qalıb.