Antonio Konte "Roma"nı çalışdıra bilər

Son olaraq "Çelsi"ni çalışdıran Antonio Konte "Roma"nın sükanı arxasına keçə bilər. 

Sportline.az xəbər verir ki, "canavarlar" artıq 50 yaşlı mütəxəssislə əməkdaşlıq şərtlərinin müzakirəsi ilə bağlı danışıqlar aparıb. 

Qeyd edək ki, "Roma" mart ayında Eusebio Di Françesko ilə yollarını ayırıb və komanda mövsümün sonuna kimi Klaudio Ranyeriyə həvalə olunub.