Antverpendə beynəlxalq tennis turniri keçirilir
Antverpen şəhərində mükafat fondu 508 min avro olan ATP seriyalı turnirdə ilk mərhələnin oyunları keçirilib.
Sportline.az xəbər verir ki, yarışın iddialı tennisçilərindən olan fransalı Rişar Qaske serbiyalı Duşan Layoviçi mübarizədən kənarlaşdırıb. Qaske ilk setdə rəqibinin müqavimətini tay-brekdə qırıb. Növbəti hissədə isə, o, asanlıqla qalib gəlib - 6:1
Fransanın turnirdəki digər təmsilçisi Artur Rinderkneş də azarekşlərini sevindirib. O, argentinalı Federiko Delbonesi hər iki setdə 6:4 hesabı ilə məğlub edib.
Niderlandlı Botik Van de Zandşulp və Avstraliya təmsilçisi Aleksey Popırinin görüşü isə 3 set olub. İlk iki setdən sonra bərabərlik qeydə alınıb. Əvvəlcə Zandşulp 6:4, daha sonra Popırin 6:3 hesabı ilə üstün olub. Həlledici hissədə isə Popırin rəqibinin bir qeymdə belə fərqlənməsinə imkan verməyib.
Turnirin qalibi oktaybrın 24-də müəyyənləşəcək.