APL: İlin ilk oyunlarının vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun oyun cədvəli məlum olub.

Sportline.az xəbər verir ki, ilin ilk oyunları yanvarın 21-i saat 16:00-da başlanacaq.

İki günü əhatə edəcək turun üç görüşü “CBC Sport” kanalı vasitəsilə, biri isə Peşəkar Futbol Liqasının saytında canlı yayımlanacaq.

21 yanvar (cümə axşamı)

16:00. “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu (canlı/pfl.az)

16:00. “Səbail” – “Neftçi”
“ASCO Arena” (canlı/CBC Sport“)

18:00. “Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”, (canlı/CBC Sport“)

22 yanvar (cümə)

16:00. “Keşlə” – “Sumqayıt”
“ASK Arena” (canlı/CBC Sport“)