"Qəbələ" APOEL-lə oyuna yüksək əhvalda hazırlaşır

"Qəbələ"nin Futbol Akademiyasının oyunçuları asudə vaxtlarını səmərəli keçirirlər. 

Sportline.az xəbər verir ki, U-19 komandasının hücumçusu Məhəmməd Məhərrəmov akademiya futbolçularını öz ifası ilə, komanda yoldaşı, qapıçı Müşviq Nadirov isə gitarada müşayiəti ilə feyziyyab edib. 

Xatırladaq ki, "Qəbələ" UEFA Gənclər Liqasında oktyabrın 24-ü Qəbələ şəhər stadionunda Kiprin APOEL klubu ilə üz-üzə gələcək. Nikosiyadakı ilk oyun 1:1 hesabı ilə nəticələnmişdi.