Aprelin ən yaxşı futbolçusu açıqlandı

İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı oyunçusu açıqlanıb.

Sportline.az xəbər verir ki, bu, "Mançester Yunayted"in forvardı Kriştianu Ronaldudur.

37 yaşlı futbolçu bu mövsüm 2-ci dəfə bu mükafata layiq görülüb.

​Qeyd edək ki, Ronaldu ötən ay iştirak etdiyi 4 oyunda 5 qol vurub.