Araz Abdullayev məğlubiyyətə üzüldü

Türkiyə birinci liqasında 26-cı turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin çıxış etdiyi "Boluspor" doğma meydanda  "Akhisarspor"la qarşılaşıb. Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Araz start heyətdə meydana daxil olub və 70-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Boluspor" hazırda turnir cədvəlində  29 xalla 12-ci pillədə qərarlaşıb.