Araz Abdullayev Türkiyədə dubl etdi

Türkiyə 1-ci liqasında "Boluspor"la "Eskişehirspor" arasındakı XXXIV tur matçı başa çatıb.

Sportline.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bolu təmsilçisinin heyətində 90 dəqiqə meydanda olan Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayev dubl edib. O, 16 və 56-cı dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 42-yə çatdıran "Boluspor" 12-ci pillədəki yerini qoruyub. "Eskişehispor" isə 8 xalla sonuncudur.