“Araz-Naxçıvan” Çempionlar Liqasında ikinci oyuna çıxır
Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün ilkin mərhələdə ikinci oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, H qrupunda yer alan ölkə çempionu Estoniyanın “Sillamae Silla” kollektivi ilə qarşılaşacaq.
İsveçin Udevalla şəhərində yerləşən “Agnebergshallen” zalında keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Qrupun digər matçında Şimali İrlandiyanın “Sparta Belfast” komandası yerli “Uddevalla” ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” ilk oyununda “Sparta Belfast” üzərində 7:1 hesablı qələbə qazanıb. “Sillamae Silla” isə “Uddevalla”ya 3:10 hesabı ilə məğlub olub.
Çempionlar Liqası
İlkin mərhələ
H qrupu, II tur
22 avqust
18:00. “Sillamae Silla” – “Araz-Naxçıvan”
Hakimlər: Daniel Stauber (Avstriya), Trayan Enchev (Bolqarıstan), Pavel Tokarevicz (Polşa)
Timekeeper: Kastriot Gerxhaliu (İsveç)
Hakim-inspektor: Timo Onatsu (Finlandiya)
UEFA nümayəndəsi: Andris Utinans (Latviya)
Uddevalla. Agnebergshallen