"Araz-Naxçıvan" "Səbail"ə, "Qarabağ" isə "Sabah"a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında XXIV turun növbəti oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, ikinci oyun günündə iki matç reallaşacaq.

16:00. “Araz-Naxçıvan” – “Səbail”

Baş hakim: Fərid Hacıyev

“Liv Bona Dea Arena”

19:00. “Qarabağ” – “Sabah”

Baş hakim: Əliyar Ağayev

Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, turun açılış oyununda ötən gün "Neftçi" doğma meydanda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.