“Araz-Naxçıvan” “Səbail"lə bərabərə qaldı
Azərbaycan Premyer Liqasında 24-cü tur davam edir.
Sportline.az xəbər verir ki,“Araz-Naxçıvan” öz meydanında “Səbail”lə qarşılaşıb. Matç qolsuz heç-heçə ilə başa çatıb.
Beləliklə, Naxçıvan təmsilçisi 45 xalla turnir cədvəlində ikinci, paytaxt klubu 18 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.
Günün ikinci matçında “Qarabağ” “Sabah”ı qəbul edəcək.
Azərbaycan Premyer Liqası, XXIV tur
22 fevral (şənbə)
16:00. “Araz-Naxçıvan” - “Səbail” - 0:0
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
“Liv Bona Dea Arena”
19:00. “Qarabağ” - “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Tofiq Bəhramov adına Respublika Stadionu
23 fevral (bazar)
14:30. “Şamaxı” - “Turan Tovuz”
17:00. “Zirə” - “Kəpəz”
21 fevral (cümə)
“Neftçi” - “Sumqayıt” - 1:0
Bombardirlər:
Leandro Anderade ("Qarabağ") - 9 qol
Coy-Lens Mikels ("Sabah") - 8 qol
Felipe Santos ("Araz Naxçıvan") - 8 qol
Davit Volkov ("Zirə") - 8 qol
Salifu Suma ("Zirə") - 8 qol
Cesse Sekidika ("Sabah") - 8 qol
Pavol Şafranko ("Sabah") - 7 qol