"Araz-Naxçıvan" yeni oyunçu transfer edib

"Araz-Naxçıvan" heyətini braziliyalı futzalçı ilə gücləndirib.

Bu barədə Sportline.az-a klubun mətbuat xidmətindən bildirilib.

Naxçıvan təmsilçisi Jan Peruzzo ilə müqavilə imzalayıb.

Qeyd edək ki, təcrübəli futzalçının son iş yeri Braziliyanın “San Migel” klubu olub.