"Araz-Naxçıvan"da ayrılıq
"Araz-Naxçıvan" futzal klubu braziliyalı Caique Aledes De Oliveyra ilə yolları ayırıb.
Sportline.az xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
31 yaşlı müdafiəçi Qazaxıstanın "Atırau" klubuna keçib.
Qeyd edək ki, cari mövsümün başlanğıcında "Araz-Naxçıvan"a transfer olunan futzalçı ilə bir illik müqavilə imzalanmışdı.