“Araz-Naxçıvan”ın oyunlarını idarə edəcək hakimlər açıqlanıb
UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldğı qrupun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
Sportline.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qrupun matçlarında 4 referi ədaləti qoruyacaq.
Orest Dutsyak (Ukrayna), Qonsalo Felipe Santos Duarte (Portuqaliya), Vladimir Sebek (Monteneqro), Aleksandar Vangelov (Bolqarıstan) iş başında olacaq.
Hakim-inspektor funksiyasını Talal Daravşi yerinə yetirəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alıb. Naxçıvan klubu avqustun 27-də Şimali İrlandiyanın “Sparta" (Belfast), ertəsi gün Şotlandiyanın PYF, avqustun 30-da isə Avstriyanın “Ljuti” komandaları ilə qarşılaşacaq.
Bu qrupun oyunları Avstriyada keçiriləcək. Reqlamentə əsasən, yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.