"Araz-Naxçıvan"ın oyunlarının təqvimi açıqlanıb

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Araz-Naxçıvan" futzal komandasının oyunlarının təqvimi açıqlanıb.

Sportline.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirin ilkin mərhələsində iştirak edəcək Naxçıvan təmsilçisi ilk matçını Şimali İrlandiyanın "Sparta" klubuna qarşı keçirəcək.

UEFA Çempionlar Liqası

İlkin mərhələ

F qrupu

27 avqust

19:00. "Araz-Naxçıvan" – "Sparta" (Şimali İrlandiya)

28 avqust

19:00. PYF (Şotlandiya) – "Araz-Naxçıvan"

30 avqust

21:30. "Ljuti" (Avstriya) – "Araz-Naxçıvan"

Qeyd edək ki, bu qrupun oyunları Avstriyanın Linz şəhərindəki NMS İdman Sarayında keçiriləcək.