"Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasında yer aldığı səbət müəyyənləşib

Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasının 2025-2026-cı illər mövsümünün ilkin və əsas mərhələsinin püşkatma mərasimindən öncə yer aldığı səbət müəyyənləşib.

Sportline.az xəbər verir ki, “Araz-Naxçıvan” 5-ci səbətdə yer alacaq.

Yevgeni Kukseviçin rəhbərlik etdiyi komanda mübarizəyə ilkin mərhələdən başlayacaq.

Qeyd edək ki, cari mövsümdə ümumilikdə 52 federasiyanı təmsil edən 56 komanda mübarizə aparacaq.