Arazın komandası qalib gəldi

Türkiyə 1-ci liqasında 17-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi “Boluspor”  bu turda səfərdə "Eskişehirspor"la qarşılaşıb. Matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Araz bu görüşdə iştirak edib. O, 46-ci dəqiqədə meydana daxil olub.
 
Qeyd edək ki, hazırda 19 xalı olan “Boluspor” 18 komanda arasında 12-ci pillədə qərarlaşıb.