Arda Turan karyerasını başa vurdu

Türkiyə millisinin sabiq üzvü Arda Turan futbolçu karyerasını başa vurduğunu elan edib.

Sportline.az xəbər verir ki, bu barədə o, rəsmi sosial şəbəkə səhifəsində açıqlama yayıb.

“Artıq gözyaşları içində, amma cəsarətlə butsları divardan asmağın vaxtı gəldi. Bütün karyeram boyu əlimdən gələn ən yaxşı şeyləri etməyə çalışdım. Və məncə, pis alınmadı. Yenidən hazıram. Futbolun içində, artıq meydandan kənarda yenidən görüşənədək” – deyə o bildirib.

A.Turan karyerasını 35 yaşında başa vurub. O, peşəkar futbolçu kimi “Qalatasaray”, “Manisaspor”, “Atletiko”, “Barselona” və “İstanbul Başakşehir”də çıxış edib. Ardanın sonuncu klubu (2020-22-ci illər) yetirməsi olduğu “Qalatasaray” olub. O, 2006-2017-ci illərdə Türkiyənin əsas milli komandasında 100 oyunda meydana çıxıb, 17 qol vurub.

Banner