Arda Turan milliyə çağırılmadı

Türkiyə millisinin Rusiya ilə yoldaşlıq oyunu və DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə görüşü üçün heyəti açıqlanıb. SportLine.az xəbər verir ki, Fatih Terimin müəyyənləşdirdiyi siyahıda 23 futbolçu yer alıb.

Maraqlıdır ki, mütəxəssis Arda Turan, Burak Yılmaz, Səlçuk İnan, Hakan Balta və Caner Erkini milliyə çağırmayıb:

Qapıçılar: Harun Tekin ("Bursaspor"), Onur Kıvrak ("Trabzonspor"), Volkan Babacan ("Başakşehir")

Müdafiəçilər: Ahmet Oğuz, Ahmet Çalık (hər ikisi "Gənclərbirliyi"), Şener Bayraklı, Hasan Ali Kaldırım, İsmail Köybaşı (hamısı "Fənərbaxça"), Çağlar Söyüncü ("Frayburq"), Serdar Aziz ("Qalatasaray")

Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu ("Bayer" Leverkuzen), İrfan Can Kahveci ("Gənclərbirliyi"), Mehmet Topal, Ozan Tufan, Salih Uçan, Volkan Şen (hamışı "Fənərbaxça"), Nuri Şahin , Emre Mor (hər ikisi "Borussiya" Dortmund), Oğuzhan Özyakub, Olcay Şahan (hər ikisi "Beşiktaş"), Gökhan Töre ("Vest Hem"), Cengiz Ünder ("Başakşehir")

Hücumçular: Cenk Tosun ("Beşiktaş"), Yunus Mallı ("Maynts"), Enes Ünal ("Tvente")