Argentina tarixi rekordunu təkrarladı
DÇ-2022-nin seçmə mərhələsində Ekvadorla heç-heçə edən (1:1) Argentina millisi öz rekordunu təkrarlayıb.
Sportline.az xəbər verir ki, komanda məğlubiyyətsiz oyunlar seriyasını 31-ə çatdırmağı bacarıb.
Argentina yığması bununla tarixinin ən uzunmüddətli məğlubiyyətsizlik seriyası rekordunu təkrarlayıb. Cənubi Amerika təmsilçisi 1991-1993-cü illərdə də eyni seriyanı əldə etmişdi.
Qeyd edək ki, Argentina millisi Cənubi Amerika zonasında ikinci yeri tutaraq dünya çempionatına vəsiqə qazanıb.