Argentinadan formal qələbə
Argentina millisinin DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununa çıxıb.
Sportline.az xəbər verir ki, yığma Venesuelanı qəbul edib və 3:0 hesabı ilə qalib gəlib. Bu, Argentinanın ardıcıl 3-cü qələbəsi olub.
Argentina - Venesuela - 3:0
Qollar: Qonzales, 35, Di Mariya, 79, Messi, 82
Bu qələbə ilə xalını 38-ə yüksəldən Argentina turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Venesuela 10 xalla 10-cudur. Siyahıya 42 xalla Braziliya başçılıq edir.