Arif Əsədov: "Əsas vaxtda qalib müəyyənləşməyəcək"

Bu gün Avropa çempionatının final matçında İtaliya və İngiltərə milliləri qarşılaşacaq.

Sportline.az saytına danışan veteran futbolçumuz Arif Əsədov finalla bağlı fikirlərini bölüşüb.

"Çox çətin oyun gözləyir bizi. Düşünürəm ki, əsas vaxt heç-heçə yekunlaşacaq. Qalib ya əlavə hissələrdə, ya da penaltilər seriyasında müəyyənləşəcək.

Favorit İtaliya millisidir. Amma ingilislərin 1966-cı ildən bəri titulu yoxdur. Məncə bütün güclərini ortaya qoyub kuboku qazanmağa çalışacaqlar".