Arif Əsədov: "Hər şey püşkatmadan asılıdır"
Veteran futbolçumuz, Azərbaycan millisinin məşqçisi Arif Əsədov klublarımızın Avrokuboklardakı şanslarını qiymətləndirib.
Sportline.az saytına açıqlama verən Arif Əsədov hər şeyin püşkatmadan asılı olduğunu bildirib: "Klublarımızın hamısına uğurlar arzu edirəm. Ümumiyyətlə, hər şey püşkatmadan asılıdır. Klublarımızın qarşısına nisbətən zəif komanda çıxsa, ümid daha çox olar. "Qarabağ" təcrübəli komandadır. Həmçinin səpələnmişlər sırasında yer alacaq ki, bu da komandamızın reytinq baxımından daha zəif klubla qarşılaşacağını göstərir.
"Sabah" üçün çox çətin olacaq. Üstəlik Avropda təcrübəsi olmayan bir komandadır. Daha güclü rəqiblə qarşılaşa bilər. "Neftçi"yə gəlincə, ölkəmizin köklü klublarından biridir. Hər il Avropa turnirlərində iştirak edir. Bu təcrübə "Neftçi"yə çox kömək edəcək. "Qəbələ"nin yetəri qədər təcrübəsi var. Əzmkar oyun nümayiş etdirirlər. Amma yenə də, dediyim kimi, əsas məsələ püıkatmadır".