Arif Əsədov: "Neftçi" bütün fikrini kuboka yönəldib"
"Neftçi" bütün fikrini kuboka yönəldib. Çünki "Neftçi" elə bir komandadır ki, hər il bir titul qazanmalıdır. Çempionatda uğursuz çıxış etdi. Amma kubok fürsətini rahatlıqla əldən verməyəcək".
Bunu Sportline.az saytına açıqlamasında veteran futbolçu, Azərbaycan millisinin məşqçisi Arif Əsədov Azərbaycan Kubokunun finalında keçiriləcək "Neftçi" - "Qəbələ" matçı ilə bağlı danışarkən bildirib.
Arif Əsədov "Qəbələ"nin son oyunlarda daha yaxşı oynadığını vuğulayıb: "Qəbələ" də güclü komandadır. Xüsusilə, son oyunlarda daha oturuşmuş heyətlə əzmkar oyun nümayiş etdirdilər. Hesab edirəm ki, şanslar bərabərdir. Ümid edək ki, baxımlı və həyəcanlı oyun olsun, biz də baxıb həzz alaq".
Qeyd edək ki, "Neftçi" - "Qəbələ" matçı iyunun 3-də saat 20:00-da başlanacaq. Qarşılaşma "Bakcell Arena"da keçiriləcək.