Arne Slot sloveniyalı müdafiəçini transfer etmək istəyir
"Liverpul" "Feyenoord"un sloveniyalı futbolçusu David Hançkonu transfer etmək istəyir.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubunun baş məşqçisi Arne Slot Hançkonu komandasında görmək istəyir.
"Feyenoord" 27 yaşlı stoper üçün 40 milyon avro tələb edir.
Qeyd edək ki, Hançko bu mövsüm çıxış etdiyi 34 matçda 3 qol və 4 asistlə yadda qalıb.