Arsen Venger: "Mançester Siti" heyətini cavanalaşdırmalıdır"

Arsen Venger Çempionlar Liqasını qazandıqdan sonra "Mançester Siti"ni heyətini gəncləşdirməyə çağırıb.

Sportline.az xəbər verir ki, “Arsenal”ın keçmiş meneceri bu barədə "beIN Sports"a danışıb.

"22 yaşlı Haalanddan başqa hamı 24-32 yaş arasındadır. Beləliklə, 2-3 oyunçunu dəyişmək lazımdır. Eyni keyfiyyətdə oyunçular tapmaq lazımdır. "Siti"də xoşuma gələn cəhət odur ki, onlar nəhəng maliyyə resurslarından ağıllı, rasional və ardıcıl şəkildə istifadə edirlər. Onlar səbirsiz deyil" - deyə Venger bildirib.

Banner