Arsen Venger: “Qol vurmaq istəyi ilə ötürmə arasında balans tapıb”

 "Arsenal"nın sabiq baş məşqçisi Arsen Venger "Liverpul"un misirli hücumçusu Mohamed Salah haqda danışıb.

Sportline.az xəbər verir ki, Arsen Venger "Sky Sports"a müsahibəsində bu fikirləri səslənsirib;

“Salahda xoşum gələn odur ki, o, ildən-ilə yaxşılaşır. Salaha qarşı oynadım, o, altı şans yaratdı və bir qol vurdu. İndi o, iki şans yaradır və iki qol vurur. O, qol vurmaq istəyi ilə ötürmə arasında balans tapıb”, - deyə Venger bildirib.

Bu mövsüm 32 yaşlı Mohamed Salah bütün turnirlərdə 38 oyun keçirib, 30 qol vurub və 21 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.