"Arsenal" "Aston Villa"nın futbolçusuna elçi düşüb

"Aston Villa"nın ingiltərəli futbolçusu Yakop Remzi "Arsenal"ın transfer hədəfinə çevrilib.

Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, Birmingem klubu Y.Remzi üçün qarşı tərəfdən 40 milyon avro tələb edir.

23 yaşlı futbolçunun "Aston Villa" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Yakop Remzi cari mövsüm çıxış etdiyi 25 matçda 2 qol və 4 asistlə yadda qalıb.