"Arsenal" bu futbolçuya görə 100 milyon avro ödəməyə hazırdır

"Arsenal"ın yeni transfer hədəfi bəlli olub.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, London klubu "Leipziq"in sloveniyalı futbolçusu Benjamin Şeşko üçün 100 milyon avro ödəməyə hazırdır.

21 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Şeşko cari mövsüm çıxış etdiyi 31 matçda 15 qol və 4 asistlə yadda qalıb.