"Arsenal" "Çelsi"nin "qapısını döydü"

"Arsenal" Kay Haverts üçün "Çelsi"yə təklif ünvanlayıb.

Sportline.az "The Athletic"ə istinadla xəbər verir ki, "topçular" son günlər bu mövzuda xeyli fəallaşıblar.

"Çelsi" 24 yaşlı almaniyalı futbolçunu 75 milyon funt sterlinqə satmaq niyyətindədir.

Haverts özü də "zadəganlar"dan ayrılmaq istəyini açıqlayıb.