"Arsenal" derbidə qalib gəldi
İngiltərə Premyer Liqasında 28-ci turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, turun mərkəzi matçı bu günə təsadüf edib. London derbisində "Tottenhem" "Arsenal"ın qonağı olub.
Oyunda hesabı qonaqlar açsa da, "topçular" 2 qol vuraraq əzmkar qələbə qazanıb.
"Arsenal" - "Tottenhem" - 2:1
Qollar: Lamela, 33 (0:1), Odeqaard, 44 (1:1), Lakazet, 64 (2:1)
Bu nəticədən sonra "Tottenhem" 45 xalla 7-ci, "Arsenal" isə 41 xalla 10-cudur. Turnir cədvəlinə 71 xalla "Mançester Siti" başçılıq edir.