"Arsenal" heyətini gücləndirdi

"Arsenal" bu qış ilk transferini edib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi "Herta"nın gənc müdafiəçisi Omar Rekiki heyətinə qatıb. 19 yaşlı oyunçunun təcrübə qazanması məqsədi ilə bu mövsümün ikinci yarısını klubun U-23 komandasında keçirəcəyi bildirilib.

Qeyd edək ki, "Arsenal"ın bu transfer üçün 600 min avro ödədiyi bildirilir.