"Arsenal" London derbisində məğlub oldu
İngiltərə Premyer Liqasında 26-cı turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, "Arsenal" "Emireyts"də "Vest Hem Yunayted"lə münasibətləri aydınlaşdırıb. Görüş "Vest Hem"in minimal hesablı qələbəsi ilə nəticələnib.
"Arsenal" 0:1 "Vest Hem Yunayted"
Qol: Cered Boven, 44
"Arsenal"ın ingiltərəli futbolçusu Luyis Skelliy 73-cü dəqiqədə qırmızı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, "Arsenal" 53 xalla 2-ci, "Vest Hem Yunayted" isə 30 xalla 16-cı yerdədir.