“Arsenal” “Nottingem”lə matça itkilərlə çıxacaq

İngiltərə Premyer Liqasında 27-ci turun görüşləri davam edir.

Sportline.az xəbər verir ki, "Nottingem Forest" öz meydanında "Arsenal"la qarşılaşacaq.

"Arsenal"da itkilərin sayı kifayət qədərdir. Bukayo Saka, Kay Haverts, Qabriel Jesus, Qabriel Martinelli, Takihero Tomiyasu zədə, Luyis Skelly isə cəza səbəbindən oyunu buraxmalı olacaq.

"Nottingem"də isə yeganə itki Karlos Migelin adı ilə bağlıdır.

Qeyd edək ki, start fiti 23:30-da səslənəcək matçı Endru Medliy idarə edəcək.