"Arsenal" "Nyukasl"a 80 milyon avro təklif edib
"Arsenal" Bruno Gimarayeş üçün "Nyukasl"a 80 milyon avro təklif edib.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Pedro Almeida məlumat yayıb.
28 yaşlı oyunçu London klubuna keçmək niyyətindədir.
Qeyd edək ki, B.Gimarayeşin "Nyukasl"la sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.