"Arsenal" - "Vest Hem Yunayted": Düşərgələrdəki son durum
İngiltərə Premyer Liqasında 26-cı turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, "Arsenal" "Emireyts Stadium"da "Vest Hem Yunayted"lə qarşılaşacaq.
"Arsenal"da itkilərin sayı kifayət qədərdir. Takihero Tomiyasu, Bukayo Saka, Qabriel Jesus, Kay Haverts və Qabriel Martinelli zədə səbəbindən matçı buraxmalı olacaq.
"Vest Hem"də isə Vladimir Çoufal, Lukas Paketa, Sammervil, Maykl Antonio və Niklas Filkürq baş məşqçi Qrehem Potterin sərəncamında olmayacaq.
Qeyd edək ki, start fiti 19:00-da səslənəcək görüşü Kreq Pouvson idarə edəcək.