"Arsenal"da dekabrın ən yaxşısı seçildi

“Arsenal”da dekabr ayının ən yaxşı futbolçusu məlum olub.

Sportline.az klubun Tvitter səhifəsinə istinadən xəbər verir ki, ayın oyunçusu Bukayo Saka olub. 19 yaşlı yarımmüdafiəçi dekabr ayında bütün turnirlər daxil olmaqla 6 matça çıxaraq, 1 qol vurub və eyni sayda qolun ötürməsini verib.

Qeyd edək ki, Saka “Arsenal”ın yetirməsidir.