“Arsenal”da itki yaşanıb
İngiltərənin “Arsenal” klubunda ciddi itki baş verib.
Sportline.az xəbər verir ki, Premyer Liqanın 14-cü turunda “Brentford”la (2:0) matçda zədələnən Kristian Moskeranın durumu açıqlanıb.
Topuğundan xəsarət alan ispaniyalı müdafiəçinin zədəsi ciddi qiymətləndirilir. 21 yaşlı mərkəz müdafiəçisi təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.