"Arsenal"dan Şeşko həmləsi

"Arsenal"ın yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, "Leipziq"in sloveniyalı futbolçusu Benjamin Şeşko "Arsenal"ın maraq dairəsinə düşüb.

London klubu yay transfer pəncərəsi dövründə 21 yaşlı forvardı heyətinə qatmağa çalışacaq.

"Leipziq"in rəhbərliyi Şeşko üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, "Arsenal" bu məbləği ödəməyə hazırdır.

Şeşko cari mövsüm çıxış etdiyi 29 matçda 14 qol və 3 asistlə yadda qalıb.

Onun "Leipziq"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.