"Arsenal"dan "Vest Bromviç"ə
"Arsenal" futolçusu Ensli Meytlend-Naylzı icarəyə verib.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi bu mövsümün sonuna kimi icarə əsasında "Vest Bromviç"də çıxış edəcək.
Qeyd edək ki, Meytlend-Naylz bu mövsüm İngiltərə Premyer Liqasında 11 oyuna çıxıb.